Parlament seçkisində iştirak etmək istəyən 71 nəfərin namizədliyi təsdiqlənib - VİDEO
Tarix: 14-12-2019, 19:19
Baxılıb: 497
Google+ Paylaş
Tumblr Paylaş

Parlament seçkisində iştirak etmək istəyən 71 nəfərin namizədliyi təsdiqlənib - VİDEO

14-12-2019, 19:19

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək istəyən daha 6 siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyatı təsdiqlənib.
Avromedia.az-ın məlumatına görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında verilib.
MSK sədri Məzahir Pənahov məlumat verib ki, növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 268 nəfər müraciət edib. Onlardan 71 nəfərin namizədliyi təsdiqlənib.
İclasda bələdiyyə seçkisində ilk dəfə tətbiq ediləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün cihazın da bu gündən məntəqələrə paylanacağı bildirilib. Qeyd olunub ki, ölkə üzrə 5049 məntəqənin hər biri bu cihazla təmin ediləcək.
İclasda həm bələdiyyə, həm də parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara da dəvətlərin göndərildiyi bildirilib.
Avromedia.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/RUczNSv8pBUскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ