İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi
Tarix: 14-12-2019, 16:44
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi

14-12-2019, 16:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçi Qazaxıstanın Müstəqillik Günü münasibəti ilə təbrik edib.
Avromedia.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.
Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ