"Qadınlar da kişilərə intim obyekt kimi baxırlar" - Rövşanə
Tarix: 13-12-2019, 08:33
Baxılıb: 2 171
Google+ Paylaş
Tumblr Paylaş

"Qadınlar da kişilərə intim obyekt kimi baxırlar" - Rövşanə

13-12-2019, 08:33

Teleaparıcı Rövşanə Ağasəfqızı əməkdar artist Lalə Məmmədovanın ''boşanmış qadına intim obyekti kimi baxılır" açıqlamasına münasibət bildirib.
Ağasəfqızı ölkə.az-a açıqlamasında bildirib ki, boşanmış qadına yanaşma onun şəxsi keyfiyyətlərindən asılıdır:
''Mənə elə gəlir ki, kiminsə qadına yanaşması həmin qadının tərbiyəsindən, əxlaqından, özünü necə aparmasından asılıdır. Lalə xanımın fikirləri ilə razıyam. Boşanmış qadına elə yanaşan insanlar var. Lakin bunu bütünlüklə kütləvi şəkildə hər kəsə aid etmək olmaz. Qadına intim obyekti kimi baxan kişinin daxili əxlaqı, tərbiyəsi əsas rol oynayır. İstər boşanmış olsun, istərsə də ailəli kişi, qadına o cür yanaşırsa, bu, həmin kişinin əxlaqının olmaması deməkdir. Küçədə xanım gedərkən və ya hər hansısa toyda, məclisdə qadın əlində şüar tutub getmir ki, mən boşanmışam. Sadəcə, burada incə məqam var. Bəzən qadınlar da kişiyə intim obyekti kimi yanşırlar. Yəni, demək olmaz ki, təkcə kişi qadına belə yanaşır.  Çünki bu hisslər insana Allah tərəfindən verilib. Sadəcə, insanlar bunu əxlaq çərçivəsi daxilində aşkara çıxarmamalıdırlar''.
Qeyd edək ki, Lalə Məmmədova sözügedən açıqlamanı kulis.az-a müsahibəsində səsləndirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ