Yanan “EuroHome”un sahibkarı müştərilərinə səsləndi
Tarix: 11-12-2019, 11:05
Baxılıb: 1 136
Google+ Paylaş
Tumblr Paylaş

Yanan “EuroHome”un sahibkarı müştərilərinə səsləndi

11-12-2019, 11:05

Dünən yananan “EuroHome” tikinti materialları bazarındakı mebel mağazasının sahibi müştərilərinə səslənib.
Avromedia.az xəbər verir ki, böyük bir mebel mağazası və mebel sexi yanan sahibkar işlərinə qaldıqları yerdən davam edəcəklərini bildirib.
Mağazası içindəki mebellərlə birgə yanan sahibkar İnstaqram səhifəsindən elan edib ki, heç bir malı xilas etmək mümkün olmasa da, bu, son deyil.
Sahibkar müştərilərindən yeni sifarişlər götürəcəklərini də bildirib. Bunun üçün sahibkar müştərilərindən dəstək gözlədiyini deyib.
Xatırladaq ki, dünə səhər saatlarından başlayaraq Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində 5 hektarlıq ərazinin 2 hektarı tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına kafel-metlax mağazasında naqillərdə baş vermiş qısaqapanma səbəb olub.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ