Kustar üsulla hazırlanan qızdırıcı cihazlar ölüm mənbəyinə çevrilib- TƏHLİL
Tarix: 6-12-2019, 13:50
Baxılıb: 639
Google+ Paylaş
Tumblr Paylaş

Kustar üsulla hazırlanan qızdırıcı cihazlar ölüm mənbəyinə çevrilib- TƏHLİL

6-12-2019, 13:50

Qış fəslinin gəlişi ilə əlaqədar mənzillərin qızıdırlması məsələsi aktuallaşıb. Lakin vətəndaşlar qızıdırıcı cihazlar alarkən tələb olunan şərtlərə riayət etmədiklərindən xoş olmayan hadisələrlə üzləşmək zorunda qalırlar. Bəzən isə kustar üsulla hazırlanmış cihazlara üstünlük verilməsi hətta faciələrlə nəticələnir. Elə bu səbəbdən də son zamanlar yanğın hallarının artımı müşahidə olunur. Qeyd edək ki, hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir çox hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur. Bütün bunlara baxmayaraq havalar soyuyan kimi evimizi müxtəlif qızdırıcılarla və ya qaz sobaları ilə isitməyə çalışırıq. Qaz sobalarının hər an can aldığını düşünən və bundan qorxan bəzi insanlar isə elektrik qızdırıcılarının  daha təhlükəsiz olduğunu düşünüb evlərinə bu sobaları alırlar. Xatırladaq ki, qaz xətlərinin çəkilmədiyi, kombi istilik sisteminin olmadığı evlərdə istilik elektrik qızdırıcı qurğuları vasitəsilə əldə olunur.Bu qurğuların hesabına qızınmaq baha başa gəlsə də, ailənin soyuğa təslim olmamaq üçün başqa əlacı olmur. Elektrik qızdırıcı sobaları müxtəlif formalarda olur. Bəzən də olur ki, mətbəxdə istifadə olunan qızdırıcılardan həm də otaqların isidilməsi üçün də istifadə olunur. Kustar üsulla hazırlanmış qurğuların üzərində spirallar yerləşdirməklə istilik əldə edilir. Bu da daha çox elektrik sərfiyyatına səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə elektrik qurğusu 10 elektrik lampası qədər enerji sərf edir. Bütün bunlarla bərabər, satışda olan elektrik qurğularının heç də hamısı standartlara uyğun deyil. O da məlumdur ki, evlərdə baş verən yanğınların əksəriyyəti elektrik qızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməkdən yaranır. Qısaqapanma, artıqyüklənmə, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və digər faktorlar yanğınların baş verməsinə şərait yaradır. Bu gün əksər evlərdə elektrik xətlərində baş verə biləcək artıqyüklənmə, qısaqapanmadan xilas olmaq üçün qoruyucu qurğular yoxdur. Elektrik xətləri sayğacdan birbaşa otaqlara çəkilir. Avtomatik yanğınsöndürmə qurğuları, mühafizə siqnalizasiya sistemlərinin olmadığı evlərdə elektrik qızdırıcılarının istisinə qızınmaq uzun çəkməyə bilir. Paralel olaraq mütəxəssislər dəm qazı sobaları qədər təhlükəli olmasa belə, bu qızdırıcıların da təhlükəli olduğunu və insanın səhhətinə yavaş-yavaş, tədricən təsir etdiyini bildirirlər.Elektrik qızdırıcıları olan otaq tez bir zamanda isinsə də, bir müddət sonra insanlar evin havasının ağırlığından, baş ağrısı, halsızlıq kimi simptomlardan şikayətlənirlər. Mütəxəssislərin sözlərinə görə, bu cür elektrik qızdırıcıları düzgün istifadə edilmədiyi təqdirdə hətta xərçəng xəstəliyinə belə gətirib çıxara bilir. Çünki bu qızdırıcılar  otağa elektromaqnit şüaları yayır ki, bu da orqanizmi zəif olan insanlarda xərçəngin baş qaldırması deməkdir. Elektromaqnit yayılan otaqda olan insanlarda isə bir qədər sonra halsızlıq, baş ağrısı və yorğunluq yaranır. Körpələrin və azyaşlı uşaqların elektrik qızdırıcısı  olan otaqdan uzaq tutulması vacibdir. Onların orqanizmi daha həssas olduğu üçün bu qızdırıcıların  yaydığı elektromaqnit onlara daha tez təsir edə bilər. Bu cür isidicilər olan otağın havası tez-tez dəyişilməlidir. Ona görə də istehlakçı seçim etməzdən qabaq bu cihazların xüsusiyyətləri ilə diqqətlə tanış olmalıdır.
***
Məlumata görə, elektrik məişət qızdırıçıları iş prinsipi və quruluşlarına görə əsasən yağ qızdırıçı radiatorlar, istilik ventilyatorları, konvektorlar, infraqırmızı qızdırıcılar və s. növlərə bölünürlər. Yağ qızdırıcı radiatorlar kifayyət qədər geniş sahəni qızdıra bilir və qiymətləri yüksək olmur. Bu növ radiatorlar səssiz işləyir və təhlükəsizdir. Bunlarla yanaşı bu növ qızdırıcı cihazların bəzi çatışmazlıqları da qeyd olunmalıdır. Belə ki, yağ radiatorları kifayyət qədər gec qızır, çəkiləri ağır, ölçüləri böyük olur. Onlar otağın havasını və döşəmənin örtüyünü quruda bilərlər.İstilik ventilyatorları isə nisbətən ucuz, kiçik ölçülü  və kifayyət qədər gücə malik olur. Bu növ cihazlarda ventilyatorun quraşdırılması isti havanın hərəkətə gətirilməsini və otağın qısa zamanda isidilməsini təmin edir. Bu cihazların çatışmayan cəhətləri isə qızdırıcı elementinin açıqda olması, oksigeni yandırması və işlədiyi zaman müəyyən qədər səsli olmasıdır. Konvektorlar nisbətən az enerji sərfiyyatı ilə fərqlənirlər. Onlar çox baha deyil və uzun müddət istifadə oluna bilir. Yağ radiatorlarından fərqli olaraq bu cihazların ölçüsü və çəkisi kiçikdir.İnfraqırmızı qızdırıcılardan da son zamanlar geniş istifadə olunmağa başlanılıb. Bu tip cihazlar ən mükəmməl və səmərəli qızdırıcılar hesab olunur. Onlar səssiz işləyir, istifadə üçün rahat, enerji sərfiyyati göstəricisinə görə sərfəli hesab olunur və yüksək təhlükəsizliyə malikdirlər.
Elektrik qızdırıcıları alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların taradan çıxarılmasına, komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna, lazım gələrsə onun quraşdırılıb yoxlanılmasına diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan anoloji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmaq olmaz. Elektrik qızdırıcıları alarkən cihazın texniki parametləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olmaq vacibdir. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən elektrik istilik çihazları almaqdan çəkinmək lazımdır. 
Avromedia.az
N.SAFURA

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ