Uşaqlar üçün oyuncaq seçimi necə olmalıdır? – Araşdırma
Tarix: 2-12-2019, 12:42
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

Uşaqlar üçün oyuncaq seçimi necə olmalıdır? – Araşdırma

2-12-2019, 12:42

Körpələrin həm zehni, həm də fiziki inkişafı, münasibətlərinin formalaşması və təcrübələrinin artması üçün ən böyük dəstəkçilər oyuncaqlardır.  Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir. Doğru seçilən oyuncaq, uşaqların psixoloji inkişafına, mədəni inkişafına, hətta irəlidə peşə seçiminə də fayda verir.
Mütəxəssislərə görə, oyunlar və oyuncaqlar yaş və cinsiyyətə görə fərqlilik təşkil edir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, qız uşaqları ən çox gəlinciklər və kiçik mətbəx əşyaları, oğlanlar isə avtomobillər, təmir alətləri və idman vasitələri ilə oynayırlar.
Oyuncaqlar adətən 5 qrupa bölünür. Birinci qrup oyuncaqlar uşaqların ətrafını tanımasına kömək edir və öz təcrübələrini meydana gətirməsini təmin edir. Bu oyuncaqlar qum, torpaq, gil, palçıq, su və boyalardan ibarətdir. Belə oyuncaqlara uşaq özü forma verdiyi üçün uşaq təxəyyülü ortaya çıxır. İkinci qrup oyuncaqlar uşağın yaradıcı qabiliyyətini üzə çıxarır. Bura boyalar, tabaşir və plastilin daxildir. Üçüncü qrup oyuncaqlar isə uşaqların xəyal dünyasına xitab edən heyvan və digər fiqurlardan ibarətdir. Bu oyuncaqlar uşaqlara öz xəyal dünyasını qurmağa yardım edir. Dördüncü qrup oyuncaqlar uşaqların yetkin kimi davranmasına yardım edən ev əşyalarıdır. Bura mətbəx alətləri, təmir vəsaitləri, rəngləmə fırçaları daxildir. Beşinci qrup oyuncaqlar isə uşaqların fiziki inkişafına yardım edən oyuncaqlardır. Bura velosiped, gimnastika alətləri daxildir.
Amma mütəxəssislər uşaqlara yaşa görə oyuncaq alınmasını israr edirlər.
Pedaqoq Lalə Hüseynli bildirib  ki, hər yaşın öz oyuncağı olmalıdır: "Oyuncaqlara münasibət fərqlidir. Elə oyuncaqlar var ki, uşaqlara tələb olunan yaşından tez verilir.
0-6 ay - zamanının böyük bir hissəsini yataraq keçirən yeni doğulmuş körpəniz üçün yuxu, inkişaf baxımından çox vacibdir. Məhsuldar bir yuxu üçün, körpənizin yuxusuna mane olan bütün faktorları ortadan qaldırmalı, ona rahat və etibarlı bir mühit yaratmalısınız. Bu ərəfədə ona zəngli, musiqili və şıqqıltılı oyuncaqlar verməyin. Onun üşün ən yaxşısı sadə formalı, səs-küyü olmayan zərif parçadan olan oyuncaqlardır.
6-12 ay - Yaradıcı qutular
Bu dövrdə körpənin duyğu orqanları inkişaf edir. Buna görə də fərqli rənglərdə və fərqli parça və məhsullardan hazırlanmış  oyuncaqlarla oynaması, toxunma duyğusu və anlayış qabiliyyətinin inkişafı baxımından olduqca faydalıdır. Bu dövdə ona iç-içə keçə bilən qablar və ya fərqli boyda və şəkildəki qutularla oynamaq üçün şərait yaradın. Bu, körpənin bir çox bacarığını inkişaf etdirməsini təmin edir. Onları bir-birinə vuraraq, iç-içə və ya üst-üstə qoyaraq fərqli əyləncələr yarada bilər.
12-24 ay - Səsli oyuncaqlar
Səsli oyuncaqlar, bu dövrdə uşağın olduqca marağına səbəb olur.  Çalışmaq lazımdır ki, qulağa xoş gələn musiqilərlə zəngin oyuncaq alasınız.  Bunun üşün daha əlverişlisi odur ki, heyvan səsləri çıxaran oyuncaqlara üstünlük verilsin. İt hürməsi, pişik miyoldaması, cücə cikkildəməsi, xoruz banlaması kimi səsləri bu vasitə ilə öyrənə bilər. Bu uşağınıza həm ətraf aləmi kəşf etməyə kömək edər, həm də yad musiqilərin kobud təsirindən qoruyar.
2-5 yaş - Konstruktiv oyuncaqlar
2 yaşına qədər tək oyun oynamağı seçən uşaqlar üçün ilk yoldaşlıq əlaqələri bu dövrdə başlayır. Artıq özlərinə tərəf müqabili axtarmağa başlayan bu yaşda olan uşaqlar bu vasitə ilə paylaşmağı, dostluğu öyrənir. Mümkün qədər övladınızı həyatla uzlaşmayan, fantastik oyun qəhrəmanlarının oyuncaqlarından uzaq tutun. Körpə nə qədər realist ruhda böyüsə, bir o qədər əqli və fiziki cəhətdən sağlam olar. Bu yaşda uşaqlara daha çox konstruktiv oyuncaqlar almaq lazımdır. Uşaqlar bu dövrdə boyama kitablarını da çox sevirlər.
5-6 yaş - Kollevtivlik vərdişi
Bu yaşda domino, şahmat kimi nizamlı oyunlar vacibdir. Digər stolüstü oyunlar- futbol, xokkey və sair ikitərəfli oyunları öyrətmək lazımdır. Konstruktor oyunları çox faydalıdır. Bir neçə nəfərin iştirakı ilə oynanan kollektiv oyunlar daha yaxşıdır".
Pediatr qeyd edib ki, uşaq onun üçün oyuncağa nə qədər pul xərcləndiyinin fərqində deyil. Onun öz maraqları və xəyal dünyası var. Bu səbəbdən oyuncaq alarkən qiymətinə deyil, keyfiyyətinə və uşağın inkişafına nə qədər təsir edə biləcəyinə diqqət yetirmək önəmlidir. Oyuncaq seçimində digər diqqət olunacaq məqam cinsiyyət ayrımı məsələsidir: "0-3 yaşındakı körpə ilə 2-3 yaşındakı uşağın oyuncaq seçimində cinsiyyət ayrımı bir o qədər də olmur. Lakin artıq 3 yaşından sonra uşaqda eqosentrizm dövrü başladığı üçün o artıq öz cinsiyyətini dərk edir. Bu səbəbdən də onun cinsiyyətinə uyğun hədiyyə seçməliyik.
Britaniyalı psixoloqları isə hesab edir ki, uşaqların inkişafında oyuncaqların rolu danılmazdır. Uşaqları özünə cəlb edən oyun və oyuncaqlar uşağın intellektindən xəbər verir. Uşağın marağını və fantaziyasını genişləndirir. Ona görə də uşaqların fantaziyaları, arzuları üçün mənbə ola bilən yeni təəssüratlar almasına çalışmaq lazımdır. Valideynlər uşaqlarının hansı oyuncaqla oynadıqlarına diqqət etməklə həm də onların maraq dairəsini müəyyənləşdirə bilərlər. Oyunları ev şəraitində, masa arxasında, açıq havada gəzintiyə çıxarkən və ya bağçaya gedərkən yolda da oynamaq olar. Oyuncaqlarla yanaşı, çalışıb uşağa hər gün kitab oxumaq lazımdır.
N.SAFURA
Avromedia.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ