71 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulub
Tarix: 22-11-2019, 12:37
Baxılıb: 1 127
Google+ Paylaş
Tumblr Paylaş

71 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulub

22-11-2019, 12:37

Yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuşdur, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədədir. Bu üzdən yolda təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac yaranmışdır.
Sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq mövcud örtük 10 min kub.m həcmdə sökülərək kənara daşınıb, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılıb. Bu işlərin həcmi 25 min kub.m təşkil edib.
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ