Sabah ölkə ərazisində sulu qar, qar yağacaq
Tarix: 20-11-2019, 17:05
Baxılıb: 585
Google+ Paylaş
Tumblr Paylaş

Sabah ölkə ərazisində sulu qar, qar yağacaq

20-11-2019, 17:05

 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avromedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ