Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub
Tarix: 12-11-2019, 13:52
Baxılıb: 1 126
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub

12-11-2019, 13:52

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2019-cu ilin ilk 9 ayının nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.
Avromedia.az bildirir ki, iclasda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, struktur bölmələrin rəhbərləri, "ASAN xidmət" mərkəzlərinin direktorları iştirak ediblər.
Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilən təqdimat zamanı vətəndaş müraciətlərinin "ASAN xidmət" mərkəzləri, o cümlədən müvafiq xidmətlər üzrə bölgüsünə, mərkəzlərin fəaliyyəti ilə bağlı təklif və şikayətlərə dair statistik nəticələr dinlənilib, ictimai rəyin ətraflı təhlili barədə məlumatlar təqdim olunub.
Həmçinin vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində perspektiv plan və layihələr barədə məlumat verilib.
Sonda müvafiq istiqamətlər üzrə işin təkmilləşdirilməsi ilə bağlı qərarlar verilib.

N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ