İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər
Tarix: 12-11-2019, 10:35
Baxılıb: 1 627
Google+ Paylaş
Tumblr Paylaş

İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər

12-11-2019, 10:35

Bakının Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı yataqxanada baş verən uçqun zamanı vətəndaşa ziyan dəyməyib.
Bu barədə Avromedia.az-a Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov məlumat verib.
Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib: "Çökən hissə Cəbrayıl rayonundan olan məcburi köçkün İbayev Həbib Məhəmmədəli oğlunun yaşadığı 47 saylı otağın sahəsinə aiddir. Otağın 16 kvadratmetrlik tavanı çöküb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Rayon İcra Hakimiyyətinin, polis idarəsinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları gəlib".
İ.Əsədov bildirib ki, yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıb: "Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib. Artıq ailə həmin yataqxanadan köçürülüb, binanın cari təmiri ilə bağlı hazırlıq işləri görülür. Qısa vaxtda bina təmir ediləcək və ya binada məskunlaşan ailələrin köçürülməsinə başlanacaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ