Kimlər bol feyxoa yeməlidir?
Tarix: 9-11-2019, 19:50
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

Kimlər bol feyxoa yeməlidir?

9-11-2019, 19:50

Payız mövsümünün meyvələrindən biri də feyxoadır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, yodla zəngin olmasıdır. Feyxoa ən çox yod ehtiyatı olan bitkilərdəndir. Amma feyxoanın faydalı xüsusiyyətləri bununla bitmir.

Beləliklə, feyxoanın faydaları ilə bağlı ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edirik.

1)Qəbizlik, həzm, mədə-bağırsaq problemləri olanlar
Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qram lif var, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

2) Ürək-damar xəstəlikləri, xolesterin problemi, yüksək təzyiq
Feyxoa kalsiumla zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B 6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir-iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

3) İnfeksiyalarla mübarizə aparır
Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immun sisteminə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini ilə zəngin antioksidantdır. Antivirus və xərçəng əleyhinə təsiri ilə məşhurdur.

4) Sinir sistemini möhkəmləndirir
Feyxoanın tərkibində olan fol turşusu Alsheymer kimi xəstəliklərin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, neyron aktivliyi artırır.

5) Hamilələr üçün çox vacibdir
Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beynin formalaşması üçün vacibdir. Hamilələrdə zob, anemiya problemləri zamanı da faydalıdır, hemoqlobini qaldırır.

6) Travmalar və cərrahiyyə əməliyyatında sonra yaraları tez sağaldır
Feyxoa toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr, yaralar, əməliyyatdan sonra bərpa üçün bol feyxoa yemək lazımdır.

7) Xərçəngdən qoruyur
Orqan, toxumaları saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərçəng hüceyrələrinin baş qaldırmasına imkan vermir

8) Dəri üçün cavanlıq, gözəllik mənbəyidir
Maska kimi istifadə olunduqda, nəmləndirir, dəri iltihabını, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir.

9) Qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığı zamanı faydalıdır.
Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Qalxanvari vəzin aktiv böyüməsində yodla zəngin qidaları çox yemək olmaz.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ