Qadınlarda sklerozlaşdırıcı dəmrov - Simptomlar və müalicə
Tarix: 8-11-2019, 19:10
Baxılıb: 1 131
Google+ Paylaş
Tumblr Paylaş

Qadınlarda sklerozlaşdırıcı dəmrov - Simptomlar və müalicə

8-11-2019, 19:10

Avromedia.az mama-ginekoloq, uşaq ginekoloqu İsmayılova Xəyalənin yazısını təqdim edir.

Sklerozlaşdırıcı dəmrov, əsasən, kiçik cinsiyyət dodaqlarını, kənarını, arxa komissuranı və perianal nahiyəni zədələyir.

Zədələnmiş yerlərin dərisi həddən artıq nazik və parıltılı olur, ağımtıl rəng alır. Onun üzərində ağrılı qanayan çatlar əmələ gəlir Pasiyentlər göynəmə və yandırmadan şikayətlənirlər.

Bu cür hallarda yanlış olaraq vulvanın göbələk infeksiyası diaqnozu qoyurlar. Müntəzəm olaraq sitoloji nəzarətin həyata keçirilməsi tövsiyə edilir.

Sklerozlaşdırıcı dəmrovun gedişini ağırlaşdıran və illərlə davam edən infeksiya cinsi yetişkənlik dövründə, demək olar ki, tamamilə yoxa çıxır. Bu prosesdə estrogenlərin nə kimi rol oynadığı aydın olmayaraq qalır.

Təcrübə göstərir ki, hormonal sakitlik dövründə sklerozlaşdırıcı dəmrov zamanı estrogenli preparatların tətbiqi bu xəstəliyin müalicəsinə əhəmiyyətli təsir göstərir.

Digər tərəfdən, kortizonlu krem ilə qısa kurslu yerli müalicə aydın şəkildə müşahidə olunan yaxşılaşmaya səbəb olur.

Bu müşahidələr və sklerozlaşdırıcı dımrov zamanı uzun müddət mövcud olan dəri dəyişikliklərinin cinsi yetişlənlik dövründə yoxa çıxması və qocalıq yaşlarında yenidən peyda olması faktı düşünməyə imkan verir ki, bu xəstəlikdə söhbət immunitetin lokal pozulmasından gedir.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ