Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib
Tarix: 8-11-2019, 13:02
Baxılıb: 1 128
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib

8-11-2019, 13:02

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib. Avromedia.az xəbər verir ki, saxlama kameraları həftənin 7  günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.
Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər 0-3 saat --- 1 AZN, 3-6 saat --- 2 AzN, 6-9 saat --- 3 AZN, 9-12 saat --- 4 AZN, 24 saat ---- 5 AZN məbləğində müəyyənləşdirilib.
Məlumata görə, ödəniş predmetin ( yükün ) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir. Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır.
Məlumatda bildirilib ki, saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır. Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (Jetonun) itirilməsinə görə isə 5 AZN məbləğində cərimə tətbiq olunur.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ