Psixoloji ehtiyaclarınızı qarşılayırsınızmı?
Tarix: 7-11-2019, 18:10
Baxılıb: 1 627
Google+ Paylaş
Tumblr Paylaş

Psixoloji ehtiyaclarınızı qarşılayırsınızmı?

7-11-2019, 18:10

İnsanın yemək, içmək, nəfəs alıb-vermək kimi təbii fiziki ehtiyacları olduğu kimi psixoloji ehtiyacları da var. Bəs əsas psixoloji ehtiyaclarımız nələrdir və lazımi qədər qarşılanmadıqda nələr baş verir?

Münasibət ehtiyacı

Bu, fərdin sağlam münasibətə ehtiyac duymasıdır. Münasibət ehtiyacı insanın sosial bir varlıq olmasının səbəbidir. Təklik və sosial dəstək çatışmazlığı fərd üçün bir çox psixoloji və fiziki problemlərin səbəbidir.

Yetərlilik ehtiyacı

İnsanın özünü yetərli hiss etməsi və özünə inamının yerində olması ilə əlaqəlidir. Hər insan özünü lazımi mövzularda yetərli hiss etmək istəyir. Yetərlilik ehtiyacı qarşılanmış bir insan işə yaradığını, dəyərli olduğunu hiss edir. Əks halda isə yetərsizlik, dəyərsizlik və işə yaramazlıq hissləri insana hakim olur.

Müstəqillik ehtiyacı

Fərdin özünü müstəqil hiss etməsi həyatı ilə bağlı öz qərarlarını özünün ala bilməsi ilə əlaqəlidir. Müstəqillik ehtiyacı lazımi qədər qarşılanmamış insan özünü təzyiq altında hiss edəcək və müstəqil hərəkət etməkdə çətinlik çəkəcəkdir.

Bəs psixoloji ehtiyaclar qarşılanmadıqda nə baş verir?

Lazımi psixoloji ehtiyacların qarşılanmaması insanda əskiklik hissinə səbəb olur. Bundan əlavə insanın psixoloji mənada gərgin, əsəbi və aqressiv olmasına gətirib çıxarır. Psixoloji ehtiyacların qarşılanması ilə bağlı etməli olduğunuz ilk şey hər şeyin fərqində olmaqdır. Yəni insan yaşadığı sıxıntıların və problemlərin hansı psixoloji ehtiyacının lazımi qədər ödənməməsindən yarandığıyla bağlı bir fərqindəliyə çata bilsə, özü üçün vacib bir addım atmış olacaqdır. Bu fərqindəliyə çatdıqdan sonra da ödənməmiş psixoloji ehtiyaclarının qarşılanması üçün nələr edə biləcəyi ilə bağlı üsulları inkişaf etdirə bilər.
Avromedia.az
N.SAFURA

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ