Qazaxda 13 min nəfərin gediş-gəliçini asanlaşdıracaq avtomobil yolu yenidən qurulub
Tarix: 7-11-2019, 14:45
Baxılıb: 1 126
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxda 13 min nəfərin gediş-gəliçini asanlaşdıracaq avtomobil yolu yenidən qurulub

7-11-2019, 14:45

Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Avromedia.az-a AAYDA-dan bildirilib ki, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.
Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılıb, 48 km yolcızgi və yol göstərici xətləri çəkilib.
13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi vətəndaşların rahat gediş-gəlişini təmin edir, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ