11 qanuna dəyişiklik ediləcək- Məhkəmə-hüquq islahatları ilə bağlı
Tarix: 7-11-2019, 13:14
Baxılıb: 1 126
Google+ Paylaş
Tumblr Paylaş

11 qanuna dəyişiklik ediləcək- Məhkəmə-hüquq islahatları ilə bağlı

7-11-2019, 13:14

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Avromedia.az xəbər verir ki, komitənin sədri Əli Hüseynli bildirib ki, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələ eyni zərfdə MM-ə daxil olub: "Bu dəyişikliklər ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır".
İclasda çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bildirdi ki, müvafiq fərmandan irəli gələrək "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Məhkəmələr və hakimlər haqqında",  "İnzibati icraat haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara (birinci oxunuş), həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi (birinci oxunuş) təklif olunur: "Bu dəyişikliklər vahid məhkəmə təcrübəsinin yaradılmasına xidmət edəcək, məhkəmələr arasında fikir ayrılığını aradan qaldıracaq və məhkəmə ekspertizasının təyin edilməsindəki problemlərin həllinə kömək edəcək".
Sonra çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi Elçin Nəsibov bildirdi ki, bu dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin qanunvericiliyi araşdırılmış, beynəlxalq təcrübə nəzərə alınmışdır. "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklərdə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, məhkəmə ekspertlərinin attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapmışdır. Bildirildi ki, gündəlikdəki digər qanunlara təklif olunan dəyişikliklər də bu qanuna ediləcək dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Müzakirələrdən sonra gündəlikdəki 11 qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ