Nərimanovda Bayraq Günü qeyd olunub
Tarix: 6-11-2019, 21:07
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Nərimanovda Bayraq Günü qeyd olunub

6-11-2019, 21:07

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nə həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" devizi altında tədbir keçirilib. Avromedia.az xəbər verir ki, İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər rəsmilər iştirak ediblər.İlk öncə İcra Hakimiyyətinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükütıa yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev və Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov öz çıxışlarında Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, üçrəngli bayrağımızın işğal altındakı torpaqlarımızda da dalğalanacağına əminlik ifadə olunub. Nərimanov rayon məktəbliləri arasında keçirilmiş "Vətənin müdafiəsinə hazıram!" mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Sonra məktəbli və tələbələrin ifasında vətənpərvərlik mövzularında musiqilər ifa olunmuş, şeyirlər oxunmuşdur.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ