Bir çox xəstəliklərin dərmanı - Qarğıdalı saçağından hazırlanmış çay
Tarix: 19-10-2019, 15:33
Baxılıb: 1 642
Google+ Paylaş
Tumblr Paylaş

Bir çox xəstəliklərin dərmanı - Qarğıdalı saçağından hazırlanmış çay

19-10-2019, 15:33

Bəlkə də bu vaxta qədər bir çoxlarınız bilmədən qarğıdalını bişirib saçaqlarını atmısınız.  Əslində isə qarğıdalının özü dadlı olduğu qədər, saçaqları da orqanizimə olduqca xeyirlidir.
Avromedia.az sizə qarğıdalı saçaqlarının  hansı xəstəliklərə faydalı olduğu haqqında məlumat verir.  
Stressdən əziyyət çəkib gərginlik içində həyatını keçirənlər, eyni zamanda fiziki və zehni yorğunluqdan narahat olub yuxusuz qalan insanlar  qarğıdalı saçağından hazırlanmış çayı içməklə sinirlərini sakitləşdirə bilərlər.
Bundan əlavə ateroskleroz və onkoloji xəstəliklərin profilaktikası, sidik yollarının iltihabi xəstəlikləri, qastrit, şəkərli diabet, hipertoniya, dəri xəstəlikləri, venaların varikoz genişlənməsi, sonsuzluq və potensiya zəifliyindən  əziyyət çəkənlər də qarğıldalı saçağından hazırlanan çaydan istifadə edə bilərlər. Yalnız bir şərtlə ki, çay düzgün qaydada hazırlansın.
Düzgün çay hazırlamaq elə də çətin deyil.  
1 çay qaşığı xırda doğranmış qarğıdalı saçağı 1 stəkan qaynanmış suda 5-6 dəqiqə qapağı örtülmüş halda saxlanılır və dəm aldıqdan sonra süzülüb içilir.
Əgər piylənmə, böyrək  və sidik yolları xəstəliklərindən əziyyət çəkirsinizsə qarğıdalı saçağını bu qaydada hazırlamalısınız.  
5 xörək qaşığı qarğıdalı saçağının üzərinə 400 qram su əlavə edilib 30 dəqiqə zəif odda qaynadılır. Sonra 3 saat dəmdə saxlanılır. Bu müddətdən sonra süzülür və gün ərzində 3 dəfə 30 qram yeməkdən əvvəl qəbul edilir.
Qeyd edək ki, iştahı yaxşı olmayanlar və çəkisi az olan insanlara qarğıdalı saçağından istifadə etmək məsləhət görülmür.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ