“Gömrük Komitəsi Gürcüstan nömrəli maşınların sayına baxıb utanmalıdır”
Tarix: 19-10-2019, 09:34
Baxılıb: 1 164
Google+ Paylaş
Tumblr Paylaş

“Gömrük Komitəsi Gürcüstan nömrəli maşınların sayına baxıb utanmalıdır”

19-10-2019, 09:34

“Mənə elə gəlir ki, Dövlət Gömrük Komitəsi Azərbaycanda Gürcüstan nömrəli maşınların sayına nəzər salıb utanmalıdır”.
Avromedia.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı sosial şəbəkədə yazıb. O, bildirib ki, ölkədə 10 maşından 1-i gürcü nömrəsi ilədir:
“Səbəbi də hamıya qəşəng məlumdur. Utanmaq lazımdır. Belə getsə, 2-3 ildən sonra xaricdən Azərbaycana gələn qonaq yolda gedəndə elə biləcək Gürcüstandadır.
Avtomobillər üçün gömrük rüsumları ən azından 2017-ci ildəki vəziyyətə qaytarılmalıdır. Hibrid avtomobillərə ən azı 50 faiz güzəşt tətbiq edilməlidir, elektromobillər isə tam olaraq gömrük rüsumundan, ƏDV və aksiz vergisindən azad edilməlidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ