“Qanunsuz aksiyaya imkan verilməyəcək” - Bakı Şəhər Baş Polis İdarəsindən xəbərdarlıq
Tarix: 18-10-2019, 20:36
Baxılıb: 424
Google+ Paylaş
Tumblr Paylaş

“Qanunsuz aksiyaya imkan verilməyəcək” - Bakı Şəhər Baş Polis İdarəsindən xəbərdarlıq

18-10-2019, 20:36

Daxili İşlər Nazirliyi qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı açıqlama verərək bildirib ki, qanunsuz aksiya keçirməyə cəhd edənlərə qarşı polis digər hüquq mühafizə orqanları ilə birlikdə qətiyyətli tədbirlər görəcək.
Nurullah Məmmədxanlı – BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi: “Həmişə olduğu kimi şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcəyik. Belə olan halda mən xəbərdarlıq etmək istəyirəm bir daha bu məsuliyyət həmin təşkilatçının üzərində qalacaq. Və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mən fürsətdən istifadə edib müəyyən o insanların çağırışlarına inanan insanlara, gənclərə müraciət edirəm ki, aldanmasınlar.  28 May meydanı aksiya üçün münasib yer deyil.”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ