"KOB Dostu" şəbəkəsi genişlənir
Tarix: 9-10-2019, 17:30
Baxılıb: 424
Google+ Paylaş
Tumblr Paylaş

"KOB Dostu" şəbəkəsi genişlənir

9-10-2019, 17:30

 Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir. Növbəti "KOB Dostu" İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb.
Avromedia.az xəbər verir ki, KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. İmişli rayonunda sahibkarlara xidmət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.
Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.
Tədbirin sonunda İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb olunub.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ