Bakı Metropoliteni maşinistlər AXTARIR
Tarix: 9-10-2019, 08:34
Baxılıb: 1 031
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Metropoliteni maşinistlər AXTARIR

9-10-2019, 08:34

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək

 "Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Elektron ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Bu barədə "Bakı Metropolten"i QSC-dən Sputnik Azərbaycan-a məlumat verilib.
Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər isə belədir: yaşı 24-30 arasında olan; ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı; kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə), eləcə də qadınlar iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.
Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.
İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia edilən peşə kimi "maşinist" göstərilməlidir.



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ