Tanınmış aparıcıya vəzifə verildi – Açıqlama
Tarix: 7-10-2019, 20:12
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış aparıcıya vəzifə verildi – Açıqlama

7-10-2019, 20:12

Rusiyalı müğənni Lolita Milyavskayanın əri Dmitriy İvanovla ayrılma xəbəri iyunda mediada yayılmışdı.
Avromedia.az xəbər verir ki, cütlük ayrılıq səbəbi kimi sevgilərinin bitdiyini göstərmişdi. Hətta onlar boşananda bir-birindən heç bir təzminat tələb etməyiblər.
Bu günlərdə isə ərinin Lolitaya xəyanət etdiyi ortaya çıxıb. Dmitriy sevgilisi ilə Litvada toyda olarkən obyektivlərə tuş gəlib. Olqa Quliyeva adlı xanım kosmetoloqdur. olqa ilə Dmitriy uzun müddət dost olub, onların sevgi romanı Lolita ilə evli olduğu müddətdə başlayıb.
Quliyevanın 14 yaşında qız övladı var. O, gözəllik mərkəzinə sahibdir.
Lolita ərinin ona xəyanət etmə xəbərinə cavabsız qalmayıb. "Nə deyə bilərəm? Təbrik edirəm. Onun yanında mənim aldığım saatı qoluna taxıb, kostyumu geyinib oturub. Yəqin nişan üzüyü və alt paltarları da mən alan olacaq. Qız gözəldir, bir söz deyə bilmərəm. Yəqin varlıdır da. Yeni qurban tapıb" deyə, Lolita deyib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ