Gürcüstanda azərbaycandilli universitet niyə yaradılmalıdır - Aygül İsayeva danışır
Tarix: 7-10-2019, 14:50
Baxılıb: 671
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda azərbaycandilli universitet niyə yaradılmalıdır - Aygül İsayeva danışır

7-10-2019, 14:50

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru Aygül İsayeva deyir ki, təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılıması ilə kadr çatışmazlığı daha çox hiss olunur. 
 Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar. Sənəddə Gürcüstanda azərbaycandilli kadrlar hazırlayacaq ali məktəbin təsis edilməsi xahiş olunur.
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru, Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, Gürcüstanda azərbaycandilli universitetin yaranması Azərbaycan məktəblərinin bağlanmasının qarşısını alacaq:
“Gürcüstanda ilbəil Azərbaycan məktəbləri bağlanır. 1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cu ildə 120 məktəb qalıb. Məktəblərin bağlanmasının əsas səbəbi kadr çatışmazlığıdır. Təqaüd yaşına çatmış müəllimlərin işdən uzaqlaşdırılması ilə kadr çatışmazlığı daha çox hiss olunur. Düşünürük ki, Azərbaycan dilində universitet yaransa, kadr çatışmazlığı məsələsi həllini tapacaq. Gürcüstan azərbaycanlıları çoxluq təşkil edən milli azlıq kimi bu ölkədə azərbaycandilli kadr hazırlayan universitetin təsis olunmasını tələb edir”.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ