ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib
Tarix: 7-10-2019, 17:50
Baxılıb: 1 125
Google+ Paylaş
Tumblr Paylaş

ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

7-10-2019, 17:50

Bu ilin avqustunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakının Nərimanov rayonu V. Mayakovski küçəsi, "Montin bazarı"nın yaxınlığında ağacların kəsilməsi faktı aşkar edilib və qanunamüvafiq tədbir görülüb.
Avromedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
O, qeyd edib ki, icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən həmin ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac kəsilib: "Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub".
Qeyd edək ki, dünən bir sıra mətbu orqanlarda Nərimanov rayonu, V. Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə xəbər yayılıb.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ