Tələbələrin asudə vaxtları səmərəli təşkil edilir
Tarix: 7-10-2019, 11:58
Baxılıb: 1 625
Google+ Paylaş
Tumblr Paylaş

Tələbələrin asudə vaxtları səmərəli təşkil edilir

7-10-2019, 11:58

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Bu istiqamətdə davamlı müxtəlif tədbirlər təşkil edilir. Təhsil ocağından Avromedia.az-a bildirilib  ki, Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsində tələbələr üçün Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə alınmış "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan "Niyyət" filmi nümayiş olunub. Özünəməxsus süjet xətti və bu gün üçün aktual olan mövzusu ilə diqqətçəkən filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Həyat bu iki gəncin yollarını toqquşdurur və onları bir yolda addımlamağa məcbur edir.
Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ