Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
Tarix: 19-09-2019, 16:20
Baxılıb: 1 774
Google+ Paylaş
Tumblr Paylaş

Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ

19-09-2019, 16:20

Hər gün şəhər ərazisində tərəfimizdən altıya yaxın qurumuş ağac kökündən çıxarılır.
Bunu Avromedia.az-a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, mövsümdə götürülən ağacların yerinə yeniləri əkiləcək:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə kök üstündə tam quruyan ağaclara baxış keçirilir. Təbii şəraitdə quruyan və qəzalı olan ağaclar yerindəcə götürülür. Mövsümdə isə yeni ağaclar əkiləcək”.
Orxan Məmmədov onu da əlavə edib ki, paytaxtın hər yerində quruyan ağaclara rast gəlmək mümkündür:
“Demək olar ki, hər yerdə uzun illərdir baxımsız qalan, nəzarət edilməyən qurumuş ağaclar var. Son vaxtlar vətəndaşlar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə olunan çoxsaylı müraciətləri nəzərə alan rəhbərlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin yerlərə baxış keçirilməsi haqqında göstəriş verib.
Qərara əsasən, kök üstündə tam quruyan və vətəndaşlar tərəfindən kənar müdaxilə olmadan quruyan ağaclar kəsilərək götürülür. Çünki bir çox ağac vətəndaşların özü tərəfindən qəsdən qurudulur”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ