Qubadlı Zəngəzurun qapısı yox, bir hissəsidir
Tarix: 11-09-2019, 21:34
Baxılıb: 840
Google+ Paylaş
Tumblr Paylaş

Qubadlı Zəngəzurun qapısı yox, bir hissəsidir

11-09-2019, 21:34

Bu günlərdə tarix elmləri doktoru , professor, Rusiya Elmlər Akademiyasının  akademiki , yazıçı Ziyadxan Nəbibəyli və ömrünün 58 ilini Azərbaycanın arxiv işinə həsr etmiş əməkdar mədəniyyət işçisi, Respublika Elm və Texnika Sənədləri arxivinin 50 il direktoru işləmiş və bu yaxınlarda təqaüdə çıxmış qocaman tarixçı Şahsuvar  Həşimov və tarixci ,tədqiqatçı ,hüquqşünas, yazıçı  Faiq Abdullayevlə birlikdə  1920-23 cü illərə aid olan , eyni zamanda təhsil tariximizin  1917-ci ilə qədər olan dövrü barəsində  geniş fikir mübadiləsi apardıq.
Müstəqillik dövrümüzdə arxivlər açılan  zaman bəzi alimlər sovet dövründə olduğu kimi yenidən  tariximizin o dövrünü təhrif etmişlər.
Hansı ki bu tarixi saxtalaşdıraraq xalqımızı çaşdıran 
Akademik Yaqub Mahmudov və onun ətrafında olan  16  alimln muəllifliyi ilə  yazdıqları
" Qubadlı qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı " kitabındakı  qeyri real faktlar  Faiq Abdullayev tərəfindən arxiv sənədlərinə istinadən  təkzibolunmaz tarixi faktlarla ifşa olunmusdur .
Yaqub Mahmudov 16  muəllifin iştirakı ilə çap olunmuş kitabdakı təhrifləri ört basdır etmək  və  özünü müdafiə etmək üçün demişdir :
" Mən nə edə bilərəm, göndərdiyim tədqiqatçı alimlər Zəngəzurun tarixi ilə bağlı mənə belə məlumatlar veriblər. Məsuliyyəti də məhz onlar daşıyırlar ".
Hansı ki, kitabın adını yazan ,ön söz müəllifi , elmi  redaktor, layihənin rəhbəri olan Yaqub Mahmudov AMEA nın Tarix İnstitunun direktorudur.  Ancaq Yaqub Mahmudov bilməliydi ki Qubadli heç bir halda Zəngəzurun qapısı ola bilməz.
Qubadlı Zəngəzurun qapısı yox, bir hissəsidir. "Qubadlı  qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı " başlıqlı  ( 16 müəllifin imzasıyla ) çap olunmuş tədqiqat əsərində tariximiz tamamilə saxtalaşdırılmışdır .
Təəssuflər olsun , kitabın əvvəlində Qubadlının təhsil tarixi , sonra isə Zəngəzurun ən çətin və mürəkkəb dövrünün tarixi ( 1920-23 cı illər )  saxtalaşdirılmışdır.
Tarixci tədqiqatçi ,hüquqşünas Faiq Abdullayev  bu kitabda yazılanların yalan və saxta olduğunu arxiv sənədləri əsasında  təkzibolunmaz tarixi faktlarla sübuta yetirmişdir.
Əfsuslar olsun ki neçə illər  keçsə də,  tariximizi saxtalaşdıran bu alimlər günahlarını etiraf etmirlər . Bu  mənəvi cinayətdir. Ən azı ona gorə ki, gələcək nəsillər gerçək tariximizi bilməkdən  məhrum olunurlar .
Mustafa Kamal Ataturk demişdir: " Öz tarixini, keçmişini bilməyən millətlər başqa millətlərin yeminə çevrilir."
Bu mənada bizim gercək tariximizi
saxtalaşdıranlara qarşı amansız olmalıyıq.
Rauf İlyasoğlu .
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ