Türk ölkəsində inqilabi dövr: Prezident nə edəcək?
Tarix: 11-09-2019, 16:17
Baxılıb: 1 631

Türk ölkəsində inqilabi dövr: Prezident nə edəcək?

11-09-2019, 16:17

Qazaxıstan: Yeni prezidentin yeni proqramı
Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev ilk dəfə olaraq xalqa müraciət etdi. Müraciətdə yaxın gələcəkdə dövlətin qarşısında duran əsas vəzifələr təsbit olunub. Ölkə cəmiyyəti bunu gözləyirdi və vətəndaşları ən çox maraqlandıran yeni prezidentin seçkiqabağı vədlərə nə dərəcədə əməl edəcəyi idi ki, bu da anlaşılandır.
İnsanları düşündürən məsələlər toplusunda əhalinin həyat səviyyəsinin artırılması, iqtisadi inkişafın gedişatı, vətəndaş cəmiyyətinin qurulması və demokratikləşmə yolunda atılacaq yeni addımların nədən ibarət olması – bütün bunlar aktual gündəliyin bəndləri idi. Bax bu kimi suallara cavab tapmaq üçün ictimaiyyət dövlət başçısının sözügedən müraciətini səbirsizliklə gözləyirdi.
Qazaxıstan prezidentinin xalqa ilk müraciətində hakimiyyətin bütün qolları üçün, o cümlədən hər bir dövlət orqanı, dövlət şirkəti üçün bir illik konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Q.Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin siyasi kursunun davam etdirildiyini qeyd etsə belə, bəzi yanaşmaları dəyişmək zərurətini xüsusi vurğulayıb.
Heç şübhəsiz, yeni dövlət başçısının yürütdüyü siyasətin ana xətti sosial yönümlü olacaq. Ölkə müəllimlərinin avqust ayında keçirilən konfransında yaxın dörd ildə müəllimlərin əmək haqqının iki dəfə artırılması məsələsi gündəmə gətirilmişdi. Q.Tokayevin müraciətində isə söylənildi ki, problemi kökündən həll etmək üçün konkret “Müəllim statusu haqqında” qanun qəbul olunmalıdır. Yəni məqsəd müəllimlərin əmək haqqını artırmaqla bərabər, müəllimin əvvəlki yüksək nüfuzunu bərpa etməkdir.
Nəzərdə tutulub ki, təhsilə, elmə və səhiyyəyə ayrılan vəsait Ümumdaxili Məhsulun 10 faizədək artırılsın – bu isə etiraf edək ki, yetərincə iddialı bir plandır. Qazaxıstan bu məqsədə doğru asta, amma sistemli, planlı addımlarla irəliləyir. Milli bankdakı rezervlər və Milli fonddakı vəsait isə imkan verir ki, Qazaxıstanın suveren kredit reytinqi stabil olaraq qalsın. Bu fakt sözügedən göstəricilərə nail olmağın mümkün olduğunu təsdiqləyir.
Tibbi xidmətlərin keyfiyyətinin təmin olunması barədə açıqlama da çox inandırıcı təsir bağışlayıb. Prezident bildirib ki, dövlət pulsuz tibbi yardımın təminatlı həcmini qoruyub saxlayacaq. Bununla yanaşı sosial yardım sistemi də inkişaf etdiriləcək. Yeri gəlmişkən son 3 ildə sosial yardımın həcmi 17 dəfə qalxıb.
Tokayev, təbii, anlayır ki, güclü və inkişaflı iqtisadiyyat olmadan sosial islahatlar aparmaq mümkün deyil. O səbəbdən də ölkəni inkişaf etdirməyin əsas yolu iqtisadi məsələlərin həllinə dayanır. Onun fikrincə bu istiqamətdə prioritetlər də müəyyənləşib – bu, səmərəlilik, elmilik və rəqəmsallaşmadır.
Ümidverici sahələrdən biri də aqrar sektordur. Tokayevin fikrincə, aqrar sektor Qazaxıstan iqtisadiyyatı üçün təkanverici qüvvələrdən birinə çevriləcək. Bununla belə, yeni Prezident bir daha vurğulayıb ki, aqrar sektora aid əhəmiyyətli torpaqlar birmənalı şəkildə əcnəbilərə satılmayacaq. Halbuki, torpaqlardan vicdansızcasına istifadə etmə, daha doğrusu bəzi “latifundist”lərin sui-istifadə kimi halları qeydə alınıb və problem olaraq qalmaqdadır.
Beləliklə, prezident kəndlərdə torpaqlardan səmərəli istifadə olunmasının nəzarətdə saxlanılmasına start verib. O, həmçinin torpaqların xarici vətəndaşlara satılması mövzusunda spekulyasiya aparan bəzi opponentlərin arqumentlərini rədd edib.
Xırda və orta biznes üçün vacib olan məqamlardan biri budur ki, ölkə başçısı korrupsiyaya qarşı xüsusi amansızlıq göstəriləcəyini dilə gətirib. Heç kimə sirr deyil ki, məhz korrupsiyadan həm biznes, həm də bütövlükdə cəmiyyət ziyan çəkmiş olur.
Cəmiyyət və dövlət münasibətləri çərçivəsində önəm verilən əsas məsələlərdən biri qanunçuluğun qorunması, o cümlədən cinayətkarlığa, xüsusən, şəxsiyyət əleyhinə, cinsi toxunulmazlığa müdaxilə və məişət zorakılığı kimi ağır cinayətkarlığa qarşı mübarizə aparılmasıdır. Zor işlənməsinə qarşı cəzaların gücləndirilməsi o deməkdir ki, Prezident və onun administrasiyası cəmiyyətə yönəlik təhlükləli məqamları nəzarətdə saxlamaq və operativ reaksiya vermək niyyətindədir.
Yaz və yay aylarında qadınlara və uşaqlara qarşı edilmiş zorakılıq halları diqqətdən kənarda qalmayıb. Və indi də ən yüksək tribunadan söylənildiyi kimi, zorakılıq edənlərə və pedofillərə qarşı sərt cəzaların tətbiq edilməsi qaçılmazdır.
Qazaxıstan prezidentinin müraciəti yalnız sosial-iqtisadi təşəbbüslərlə məhdudlaşmayıb. Tokayev siyasi islahatlar sahəsində də liberallaşma kursuna sadiq olduğunu bir daha təsdiqləyib. O bildirib ki, siyasi rəqabəti, çoxpartiyalılığı, ictimai və vətəndaş dialoqunu inkişaf etdirmək son dərəcə vacib məsələdir.
O həmçinin, müvafiq strukturlara tapşırıq verib ki, mitinqlər haqqında qanunu təkmilləşdirsinlər. Elə olsun ki, vətəndaşlar Konstitusiyada müəyyən olunmuş qaydada dinc aksiyalara qatılaraq, öz münasibətlətini bildirmək imkanı qazanmış olsunlar.
Qazaxıstan başçısının söylədiyi müddəalardan aydın olur ki, neft və digər təbii ehtiyatlarla zəngin olan iri Orta Asiya dövləti yaxın gələcəkdə iqtisadi sıçrayışlar etməklə bərabər, həm də mövcud ənənələri qıraraq, cəmiyyətin demokratikləşməsi istiqamətində cəsarətli addımlar atmaq niyyətindədir. Hər halda prezident Qasım-Comərd Tokayevin yeni bəyanatı hadisələrin bu istiqamətdə gedəcəyinə inanmağı labüd edir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ