Azərbaycanda məşhur vəkilin fəaliyyəti dayandırıldı
Tarix: 10-09-2019, 14:52
Baxılıb: 1 135

Azərbaycanda məşhur vəkilin fəaliyyəti dayandırıldı

10-09-2019, 14:52

Tanınmış vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb. 
  Sentyabrın 9-da Vəkilli Kollegiyasının iclası keçirilib. Həmin iclsda Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
"Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün Adil İsmayılovla əlaqə saxlayıb. Lakin o, bu barədə Vəkillər Kollegiyası ilə danışmağı tövsiyyə edib. 
Gununsesi. org isə məlumat yayıb ki, Adil İsmayılovun vəkillik fəaliyyəti kollegiyanın üzvü Sahil Quliyevin şikayəti əsasında dayandırılıb. 
Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.
Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də, buna məhəl qoyulmayıb.
Sahil Quliyev xəbəri təsdiqləyib. Lakin məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ