İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
Tarix: 10-09-2019, 16:30
Baxılıb: 993

İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

10-09-2019, 16:30

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Avromedia.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı “Bismak Moskva” sözləri yazılmış peçenyenin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə bir ədəd “Nokia” markalı mobil telefon aparatı və bir elektrik qidalandırıcısı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ