Aşura günü küçə yürüşlərinə imkan verilməyəcək - RƏSMİ XƏBƏRDARLIQ
Tarix: 9-09-2019, 21:34
Baxılıb: 698

Aşura günü küçə yürüşlərinə imkan verilməyəcək - RƏSMİ XƏBƏRDARLIQ

9-09-2019, 21:34

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaqdır.
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ