Ermənini məğlub edən samboçumuz-ÖZƏL
Tarix: 26-08-2019, 19:17
Baxılıb: 1 692
Google+ Paylaş
Tumblr Paylaş

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

26-08-2019, 19:17

Yolumuz çox uzaq yox – Azərbaycanın şimal-şərqində paytaxdan təxminən 110 km aralıda yerləşən əzəmətli dağları, füsünkar gözəlliyi olan bulaq suyu içib, dağ havası almış şairlər torpağı Xızı rayonu oldu. Lay-lay düzülmüş Xızı dağlarını yol boyu seyr etdikcə düşünürsən ki, Ulu tanrı bizə nə gözəl əsrarəngiz təbiət gözəlliyi bəxş edib. Sanki, insana elə gəlir ki, rəssam fırçası ilə çəkilib bu gözəlliklər. Sayaqlar kəndinə çatanda istər-istəməz ayaq saxlamalı olduq. Ziyarətgaha çevrilən bir kənd, sevilən-nakam şairimiz Mikayıl Müşfiqin simvoliq məzarı olan “Müşfiq ocağı”nı ziyarət etmək hər birimizin mənəvi borcudur. Bu gün 25 min misradan ibarət olan Müşfiq xəzinəsindən bəhrələnirik. Bitməz-tükənməz bir xəzinə... Qərinələr ötdükcə gələcək nəsil də bu xəzinədən layiqincə bəhrələnəcək.
Yolumuzu davam etdirib birbaşa Xızı rayonunun Qızılqazma kəndinə, dəniz səviyyəsindən təxminən 1200 metr hüdürlükdə yerləşən, sərvi boylu çinarları ilə əhatələnmiş buz kimi bulaq suyu, dağ havalı sərin meşəsi ilə könülləri oxşayan əsrarəngiz bir kənd. Qızılqazma kəndinin özəlliyi və gözəlliyi ondan ibarətdir ki, bu kənd şəfa ocağı kimi də adlandırılır. Astma-bronxid xəstəliklərinə məlhəm olan bu kəndin havası, suyu, torpağı doğrudan da Tanrının bizə verdiyi bir hədiyyədir.
Təbiət qoynuna gəlməyimizin səbəbini öyrənəndə üzümüzdə qürur və sevinc hissi duyuldu. Haqqında söhbət açdığım həmvətənlimiz olan Belarisiyada "İkinci Avropa Oyunları"nın Sambo yarışında bürünc medal uğrunda qarşıdurmada ermənistan idmançısı Maksin Manukyanı məğlub edən, Xızı torpağının yetişdirməsi Mehman Xəlilov oldu. Əslən Xızı rayonunun Şurabad kəndindən olan Mehman Mehram oğlu Xəlilov 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaq yaşlarından idmana həvəsi olduğu üçün 8 yaşı olarkən idmanın kiçik sirrlərini öyrənməyə maraq göstərir. Bu həvəs balaca Mehmanda yaşca ondan böyük olan qardaşından qaynaqlanıb. Bu fürsətdən istifadə edən Mehman böyük nailiyyətlər qazanmağı qarşısına məqsəd qoyur. Böyük həvəs onu İdman Universitetinin tələbəsi (2012-2016) adını qazanmağa qədər gətirib çıxarır. İdmanla mütəmadi məşğul olması onun bir çox nailiyyətlər qazanmağına səbəb olur. Sambo üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi olur. 2015-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı, 2018-ci ildə Moskva şəhərində keçirilən Sambo üzrə idman növünün ən güclü turniri olan Anatoli Xarlanpiyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olur. Həmin yarışda erməni idmançısı üçüncü yer ilə kifayətlənərək, Azərbaycan Dövlət Himmnini dinləməyə məcbur olur. Bu vaxt Mehman Xəlilov yaşanan vəziyyətdən qürur duyaraq, növbəti yarışlara daha da yüksək səviyyədə hazırlaşmasına ruhlanır. 2018-ci ildə Yunanıntanın paytaxtı Afinada keçirilən Avropa Çempionatının bürünc mükafatçısı olur. 2019-cu ildə keçirilən "Yay Olimpiya Avropa Oyunları"nda 57 kq çəki dərəcəsində erməni idmançıya qalib gələrək, ölkəmizə bürünc medal qazandırır. Erməni idmançını təmiz qələbə (9-1) məğlub edir. Öz karyerasını davam etdirən Mehman Xəlilov bundan sonrakı qələbəsi ilə də öz xalqını sevindirəcəyini və bundan da qürur duyduğunu bildirdi.
Ziyafət masasında Gənclər və İdman Nazirliyinin məsul işçiləri, həmçinin “Cabir Novruz Mədəniyyət Fondu"nun prezidenti, professor Cavanşir Qurbanov, Mədəniyyət Nazirliyinin məsul işçisi Sənan Talıbov, dörd idman növü üzrə SSRİ idman ustası Adil Sadıqov, Gənclər və İdman Nazirliyinin Sambo İdman növünün kuratoru Tofiq Eyvazov, Cüdo üzrə ikiqat Parolimpiya çempionu, qazimiz İlham Zəkiyev, Cüdo üzrə Avropa Çempionatının bürünc mükafatçısı Rauf Mütəllimov, Sambo üzrə Dünya Çempionumuz Elçin Mayılov, Milli Konservatoriyasının ustad sənətkarı-mahir qarmon ustası Nizami Əsgərov, Dilbər Axundzadə yadigarı Leyla Axundzadə, Günaz.Az saytının redaktoru Rəsmiyyə Həybətağaqızı, jurnalist Elşad Dağlı, şair Vüqar Dağlı və başqaları öz çıxışları ilə ölkəmizə qalib qayıdan Mehman Xəlilovu təbrik etdilər. Professor Cavanşir Qurbanov çıxışında Gənclərə öz dəyərli tövsiyyələrini verdi. Dövlət və Dövlətçiliyimizə sadiq olmaqlarını, Azərbaycanımız üçün bundan da yüksək nailiyyətlər əldə etmələrini dilədi. Xeyriyyəçi Hacı Elnurun təşkil etdiyi ziyafətdə poeziya və musiqili gözəl bir gün keçirildi. “Cabir Novruz Mədəniyyət Fondu"nun təsis etdiyi Mikayıl Müşfiq büstü və müxtəlif qiymətli hədiyyələr erməni idmanıçısının kürəyini yerə vurub, ölkəmizə qalibiyyətlə qayıdın həmyerlimizə təqdim olundu. Bu mükafatlandırma böyük alqışlara səbəb oldu. Poeziya və musiqi dəqiqələri ilə keçən ziyafət axşama qədər davam etdi.
Belarusiyanın Minsk şəhərində keçirilən "İkinci Olimpiya Oyunları"nı ekran vasitəsilə izləyən  50 milyonluq Azərbaycanlılar qürur hissi keçirirdi. Hətta sevinc göz yaşlarına səbəb olan bu anlar hafizələrdən silinməyən izlər qoydu.
Rəsmiyyə Heybətağaqızı



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ