"Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir" — Partiya sədrindən ŞOK İDDİALAR
Tarix: 23-08-2019, 23:09
Baxılıb: 3 428

"Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir" — Partiya sədrindən ŞOK İDDİALAR

23-08-2019, 23:09

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ vətəndaşı olan əcnəbi xanımla evlənməsindən danışıb. 
Partiya sədri Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarovun yeni gəlini milliyətcə ermənidir:
"Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir. Adını və soyadını dəyişib, amerikalı qoyub. Azərbaycanın xarici siyasətinə cavabdeh olan bir şəxsin oğlunun gedib erməni ilə evlənməsi biabırçılıqdır. Mən buna çox pis baxıram. Bu cür hallar Azərbaycanın milli mentalitetinə və gələcəyinə zərbə vurur. Mən dəfələrlə demişəm ki, hakimiyyət bu cür nazirləri ciddi nəzərət altında saxlamalıdır. Axı Qarabağ danışıqlarını aparan nazir Elmar Məmmədyarov erməni qızını özünə gəlin edirsə, o necə Azərbaycanın mənafeyini qoruya bilər? Ümumiyyətlə, bu adam Azərbaycanın xarici işlər naziri ola bilməz. Onun qaynanası olan Toma xanım da bu yaxınlardan Amerikaya qaçıb".
H.Hacıyev deyib ki, Elmar Məmmədyarov Qarabağ danışıqlarında da özünün zəif və nüfuzsuz xarici işlər naziri olduğunu dəfələrlə sübut edib:
"Elmar Məmmədyarov Qarabağ danışıqlarında özünü ATƏT-in Minsk qrupunun həmsədrləri kimi aparır, onlar kimi çıxış edir. O, qətiyyətli söz deməyi bacarmır. Belə adamdan xarici işlər naziri ola bilməz".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ