O, həqiqəti dedi, müxalifət isə təhqirə keçdi... - Deputat
Tarix: 22-08-2019, 09:23
Baxılıb: 1 740

O, həqiqəti dedi, müxalifət isə təhqirə keçdi... - Deputat

22-08-2019, 09:23

Azərbaycan müxalifətinin son dövrlərdə qəribə bir xüsusiyyəti üzə çıxıb. Onlar hesab edirlər ki, istədikləri mövzuya münasibət bildirə, hakimiyyəti tənqid edə, görülən işlərə kölgə sala bilərlər, amma hakimiyyət nümayəndələri susmalı, ümumiyyətlə, onların fikirlərinə heç bir cavab verməməlidir.
Bu sözləri Avromedia.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O, müxalifətin Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədovun siyasi mühacirlərlə bağlı fikirlərinə yanlış münasibət göstərdiyini bildirib:
"Müxalifət nümayəndələri özlərini demokrat adlandırsalar da, bu metodları demokratiyanın əzəli prinsiplərinə kökündən ziddir. Demokratiya hər kəsin, hər bir siyasi qüvvənin öz fikrini açıq şəkildə bildirməsi, polemikaya girməsi, tənqid etməsini nəzərdə tutur. Əli Əhmədov müxalifət barəsində öz fikirlərini ortaya qoydu. Onun fikirləri tamamilə obyektiv idi.
Müxalifətin Azərbaycanın maraqlarına uyğun hərəkət etməməsi, əsasən xaricdəki mərkəzlərin maraqlarını ölkəmizdə müdafiə etməsi, milli təəssübkeşlikdən uzaq olması, ölkəmizin qarşısında duran problemlərin həllinə dair heç bir proqram irəli sürməməsi onun xarakteristikasıdır.
Ə.Əhmədov polemika qaydalarını gözləyərək, kifayət qədər yüksək mədəniyyət və təmkinlə öz fikirlərini bildirib".
A.Mirzəzadənin sözlərinə görə, müxalifət növbəti dəfə səsləndirilən fikirlərə cavab vermək əvəzinə təhqirdən istifadə edir:
"Onlar Əli Əhmədovla polemikaya girmək, onun fikirlərinə öz arqumentlərini ortaya qoymaq əvəzinə təhqirə, küçə metodlarına keçməyə başladılar. Bunun özü bir daha göstərdi ki, Əli Əhmədov fikirlərində kifayət qədər haqlıdır.
Əli müəllim bugünkü müxalifəti Azərbaycanın quruculuğunda iştirak etməyə, ölkənin yükünün bir hissəsini öz çiynində daşımağa çağırdı. Biz bunu müxalifətdən görmürük. Müxalifət üçün Azərbaycanın problemlərinin çox olması, xarici dövlətlərdən, müəyyən siyasi, iqtisadi dairələrdən asılılığı daha maraqlıdır".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ