“SOCAR Terminal”da yükləmənin həcmi açıqlandı
Tarix: 14-08-2019, 16:55
Baxılıb: 1 138

“SOCAR Terminal”da yükləmənin həcmi açıqlandı

14-08-2019, 16:55

2018-ci ildə “SOCAR Terminal”da (keçmiş “Petlim”) yükləmənin həcmi 280,276 min TEU-nu (20 fut olan konteynerə bərabərdir) ötüb.
Bu barədə Trend SOCAR-a istinadən məlumat yayıb.
Qeyd edək ki, Əliağada (Türkiyə) yerləşən terminal ölkənin Egey bölgəsində ən iri konteyner terminalı olaraq qalır. Terminalın illik buraxılış qabiliyyəti 1,3 milyon TEU-dur.
Danimarkanın “A.P. Moller-Maersk” şirkətinin bölməsi olan “APM Terminals” özünün “Petlim” konteyner terminalının SOCAR-a təhvil verilməsini 2018-ci il dekabrın 27-də başa çatdırıb.
“Petlim”in adı 2019-cu ilin martında dəyişdirilərək “SOCAR Terminal” olub.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ