Ekspertdən xəbərdarlıq: 2369 yer pulsuzdur...
Tarix: 14-08-2019, 16:30
Baxılıb: 1 832

Ekspertdən xəbərdarlıq: 2369 yer pulsuzdur...

14-08-2019, 16:30

İkinci tur üçün boş qalan 5785 plan yerinin 2369-u pulsuzdur.
Avromedia.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov boş qalan yerlər üçün keçiriləcək seçim turu ilə bağlı danışarkən deyib.
K.Əsədov bildirib ki, boş qalan plan yerlərinə seçim 15-19 avqust tarixində keçiriləcək:
“Bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189-u dövlət sifarişli idi. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Yəni 20189 dövlət sifarişli plan yerlərinin 17820-nə qəbul həyata keçirilib və II tur üçün cəmi 2369 pulsuz, dövlət sifarişli plan yeri qalıb.
Beləliklə boş qalan 5785 plan yerinin 2369-u pulsuzdur. 15-19 avqustda boş qalan plan yerlərinə seçim edənlər bunu nəzərə alsınlar”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ