Bakıda ağac kəsən şəxs cərimələndi
Tarix: 14-08-2019, 13:46
Baxılıb: 1 152
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda ağac kəsən şəxs cərimələndi

14-08-2019, 13:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.
Nazirlikdən Avromedia.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.
Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.
Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ