Xurma çəyirdəyi yandırılıb gözə çəkilərsə
Tarix: 10-08-2019, 20:10
Baxılıb: 1 164
Google+ Paylaş
Tumblr Paylaş

Xurma çəyirdəyi yandırılıb gözə çəkilərsə

10-08-2019, 20:10

Özünü yorğun hiss edən insanlara mütəxəssislərin tövsiyyələrindən biri də xurma yeməkdir.

Avromedia.az bildirir ki, xurmanın güclü faydalarıyla tanış olacaqsınız.

Mütəxəssislər, insanların xurmanı yalnız Ramazan ayında istehlak etmələrinin düzgün olmadığını bildirirlər. Beynimizin fosfora ehtiyacı olduğunu bildiriən mütəxəssislər, bu fosforun da xurmada olduğu üçün il boyu istehlak edilməsini tövsiyə edirlər.

İnsan özünü yorğun hiss edəndə xüsusilə, beyin yorğunluğu yarananda xurma yeməlidir. Xurma əsəb sistemi üzərində də olduqca təsirlidir. B1-B2 vitaminlərilə zəngindir ki, bu vitaminlər də sinir sistemində sakitləşdirici xüsusiyyətə malikdirlər.

Xurman öskürəyə, bəlğəmə və döş ağrılarına müsbət təsir edir. Bu isti yay günlərində həddindən artıq su və ya yağlı yeməklər istehlak edilməsindən səbəbindən ishal və qusma halları da tez-tez müşahidə oluna bilər. Bədən də su, duz, kalium və natrium itirə bilər. Bütün bu ünsürlər da xurmada bol miqdardadır.

Hal-hazırda xərçəng xəstəliyi ölüm hallarında ilk pillədə yer tutmağa başlayıb. Davamlı olaraq xurma yemək xərçəng xəstəliyinə tutulmanın ciddi dərəcədə qarşısını alır. Çünki xurma özündə maqnezium ehtiva edir. Yenə eyni cür prostat xərçəngi müalicəsində də istifadə olunur.

Xurmanın birdə gözəllik ünsürü mövcuddur. Xurma çəyirdəyi əvvəl yandırılıb, daha sonra gözə çəkilərsə, həm kirpik uzanmasına həm də göz qapaqlarına müsbət təsir edər. Bununla yanaşı xurma yemək gözləri qüvvətləndirir və nurlandırır, gecə korluğunun qarşısını alır.

Südvermə dövrlərində olan analara, süd miqdarını artırma təsirinə malikdir.

Bədəndəki pis xasiyyətli xolesterini azaldır. Bədənin tarazlığını təmin edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ