Polis haqqında ehtiyatla danışmaq lazımdır – Millət vəkili
Tarix: 10-08-2019, 15:44
Baxılıb: 1 140
Google+ Paylaş
Tumblr Paylaş

Polis haqqında ehtiyatla danışmaq lazımdır – Millət vəkili

10-08-2019, 15:44

Ümumiyyətlə polis və ordu haqqında ehtiyatla danışmaq lazımdır. Çünki hər ikisi xalqın ictimai asayişini və dövlətin bütövlüyünü qoruyan çox ciddi qurumdur.
Bu sözləri Avromedia.az-a açıqlamasında millət vəkili Musa Quliyev Azərbaycan polisinin işinə kölgə salmağa çalışanlar haqqında danışarkən deyib.
O bildirib ki, Azərbaycan polisi ancaq ona verilən əmri yerinə yetirir və öz nizamnaməsinə uyğun hərəkət edir:
“Hər iki qurumda çalışanlar ümumilikdə Azərbaycan xalqının övladlarıdır. Çünki onlar bizim üçün, vətənimiz üçün çalışır. Azərbaycan polisi ölkəmizdə asayişin, siyasi sabitliyin qorunmasında hər zaman ön sırada olub. Nə vaxt bir çətinliyə düşsək, birinci növbədə polisə müraciət edib onlardan kömək istəyirik. Buna görə də, Azərbaycan polisinə hər hansı bir formada dil uzatmaq, onun işinə kölgə salacaq fikirlər səsləndirmək bütövlükdə dövlətə, millətə olunmuş hörmətsizlikdir. Biz hər birimiz polislərin əməyinə qiymət verməliyik. Çünki polislərimiz olmasa, ölkədə özbaşınalıq, qanun pozuntuları baş alıb gedər. Amma təbii ki, radikal müxalifət polislərin işinə qiymət verməyəcək. Çünki onların xain əməllərinin həyata keçməsinə polislərimiz mane olur”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ