Bu məsələlər prezidentin diqqətindədir - Millət vəkili
Tarix: 10-08-2019, 13:04
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

Bu məsələlər prezidentin diqqətindədir - Millət vəkili

10-08-2019, 13:04

2019-cu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Bu sözləri Avromedia.az-a açıqlamasında millət vəkili Aqil Abbas ölkədə gedən sosial inkişaf haqqında danışarkən deyib.
Onun sözlərinə görə, ölkə prezidenti Azərbaycan xalqının sosial durumunu hər zaman əsas məsələ olaraq öndə tutub və xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması yönündə bir çox işlər görüb:
“İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır”.
Millət vəkili bildirib ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir:
“Bu ilin əvvəli çox önəmli addımlar atılıb. Minimum əmək haqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əmək haqqı 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Həmçinin, məcburi köçkünlərə verilən müavinət 50 faiz artdı, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi dövlətimizin, prezidentimizin daim diqqət mərkəzindədir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ