Bu gün 114 məhkum azadlığa buraxılacaq
Tarix: 3-12-2021, 11:34
Baxılıb: 1 105
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün 114 məhkum azadlığa buraxılacaq

3-12-2021, 11:34

Bu gün cəzaçəkmə müəssisəsələrindən ümumilikdə 114 məhkum azadlığa buraxılacaq.

Bunu jurnalistlərə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, amnistiya aktı dekabrın 1-dək 1787 məhkuma şamil edilib: "Onlardan 34-ü qadın, 2-i yetkinlik yaşına çatmayanr, 60 nəfər isə 60 yaşına çatmayan şəxsdir. 1391 məhkum bu günə kimi azad edilib. Onlardan 1203 məhkum cəzaçəkmə müəssisnindən, 368-i isə məntəqə tipli cəza çəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ