Rüsumlarla bağlı bu qərara dəyişiklik edildi
Tarix: 25-11-2021, 10:47
Baxılıb: 1 017
Google+ Paylaş
Tumblr Paylaş

Rüsumlarla bağlı bu qərara dəyişiklik edildi

25-11-2021, 10:47

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ