Qulağınız Narışkinlərdə deyil vətənin səsində olsun yoldaş Abdullayev- Cavid İsmayıl yazır
Tarix: 4-11-2021, 16:48
Baxılıb: 3 759
Google+ Paylaş
Tumblr Paylaş

Qulağınız Narışkinlərdə deyil vətənin səsində olsun yoldaş Abdullayev- Cavid İsmayıl yazır

4-11-2021, 16:48

Bir çoxları yoldaş Abdullayevin böyük qələm sahibi olduğunu qeyd edir. Məsələn hörmətli Sayman Aruz onu, “…Azərbaycan ədəbiyyatı üçün böyük dəyər və fürsət” kimi dəyərləndirir.

Belə düşünənlər, yaxın oturun, diqqətlə oxuyun, fikirləriniz maraqlıdır.

Mənim isə fikrim budur: Çingiz Abdullayev doğrudan da dünya çapında tanınan qələm sahibidir. İndi sualıma cavab verin.

İnternet resurslarından məlum olur ki, 27 milyondan çox tirajlanan 200-dən çox romanın müəllifi olan yoldaş Abdullayevin əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilib. Sual; Nəyə görə şimallı-cənublu Amerika qitəsində, Mərkəzi Avropa, Asiya və s. onun əsərlərinin oxucuları olduğu halda Rusiyanın 366-cı alayının birbaşa iştirakı ilə XX əsrin ən qanlı soyqırımlarından olan Xocalı soyqırımı haqqında əsər yazmadı, onu  dünya xalqlarının dillərinə çevirib oxucuları ilə görüşlərə gedərək bu soyqırımı tanıtdırmadı?  Nəyə görə Azərbaycanın haqlı davası haqqında, qız-gəlinlərimizin başına qaniçən ermənilərin açdığı min bir zülmü qələmə alıb dünyada aparıcı dillərə çevirtdirib car çəkmədi? Nəyə görə, diri-diri yandırılan insanlarımızın, diri-diri borulara doldurularaq qaynaqlanan uşaqların fəryadından, dini məbədlərimizi, məsçislərimizi, qəbir evlərimizi təhqir edən mənfur düşmənin qanlı əməllərindən bəhs edən romanlar yazmadı?

Özünün qeyd etdiyi kimi, Ağdamda bu xalq 6000 şəhid verib. Nəyə görə, o 6000-in içindən bir qəhrəman obrazı seçib onu romanında ucaltmadı? Nəyə görə, qəhrəmanlıq göstərən Ağdam insanının obrazını yaradıb onu oxucularına təqdim etmədi?

Niyə?  Nə üçün? Axı o, dünya çapında doğrudan da tanınan qələm sahibidir.

Bir neçə gün öncə Sumqayıtda keçirilən kitab sərgisi zamanı dediyi cəmiyyətimiz üçün təhlükəli olan məlum fikrini də hər birimiz dinlədik. Qeyd edim ki, yoldaş Abdullayevin  sonradan videomüraciətində fikirlərini korrektə etməklə izah etməsi də, çox uğursuz alındı.

Bir sözlə, Çingiz müəllim, əslində inanın,  sizin kim olduğunuz kənardan çox aydın görsənir. Qulağınız Narışkinlərdə deyil, Vətənin səsində olsun, yoldaş  Abdullayev!

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ