Covid pasportu olmayanlar rayona buraxılmır?
Tarix: 25-10-2021, 13:57
Baxılıb: 2 792
Google+ Paylaş
Tumblr Paylaş

Covid pasportu olmayanlar rayona buraxılmır?

25-10-2021, 13:57

COVID-19 pasportu olmayan şəxs Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) yaradılmış stasionar məntəqədə vaksin olunaraq bilet ala bilər.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, hazırda Bakıda və regionlarda avtovağzallarda COVID-19 pasportu olmayan vətəndaşlara bilet satılmır:

“Ümumilikdə COVID-19 pasportu olmadan bilet almaq üçün müraciət edənlərin sayı çox azdır. Vətəndaşlar məsələ barəsində məlumatlıdırlar və ona görə də pasportu olmayıb bilet almağa gələnlərın sayı minimum səviyyədədir. Pasportu olmayanlar BBAK-da TƏBİB-in təşkil etdiyi xüsusi stasionar məntəqədə vaksinasiya olunub bilet ala bilərlər. Vətəndaşlar üçün bu şərait də təmin olunub”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ