Xalq artistindən şok sözlər: "Ölüm hökmü qayıtmalıdır"
Tarix: 23-07-2019, 10:19
Baxılıb: 1 436
Google+ Paylaş
Tumblr Paylaş

Xalq artistindən şok sözlər: "Ölüm hökmü qayıtmalıdır"

23-07-2019, 10:19

Xalq artisti Nurəddin Mehdixanlı sosial şəbəkədə yayılan Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması xəbərinə münasibət bildirib.
Avromedia.az xəbər verir ki, aktyor bu hadisələrin qarşısının alınması üçün ölüm hökmünün çıxarılmasını mütləq hesab etdiyini deyib:
"Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi, ölüm hökmünün ləğv edilməsidir".
Qeyd edək ki, Sumqayıtda nənəsigilə qonaq gələn 8 yaşlı qız 55 yaşlı kişi tərəfindən qaçırılıb. Həmin şəxs uşağı aldadaraq, yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə aparıb və bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ