Bu gün Azərbaycanda Bilik Günüdür
Tarix: 15-09-2021, 08:12
Baxılıb: 1 159
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün Azərbaycanda Bilik Günüdür

15-09-2021, 08:12

Bu gün Azərbaycanda Bilik Günüdür.
Avromedia.az xəbər verir ki, koronavirus pandemiyasına görə Azərbaycanın ali və orta məktəblərində dərslər sentyabrın 15-də başlamayacaq.
Belə ki, 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ