Şirkət rəhbərinin oğluna hökm oxundu
Tarix: 24-07-2021, 22:02
Baxılıb: 1 169
Google+ Paylaş
Tumblr Paylaş

Şirkət rəhbərinin oğluna hökm oxundu

24-07-2021, 22:02

Bakıda dələduzluqda təqsirləndirilən Emin Namazovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Avromedia.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Omaks-3 MTK-da rəhbər vəzifə tutmuş E.Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.
İş üzrə 19 zərərçəkmiş var. Zərərçəkmişlərdən bir çoxu ilə barışıq əldə edilib.
Xatırladaq ki, E.Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən Omaks-3 MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ