İsveçdən Azərbaycanla bağlı qərar
Tarix: 8-07-2021, 23:01
Baxılıb: 1 186
Google+ Paylaş
Tumblr Paylaş

İsveçdən Azərbaycanla bağlı qərar

8-07-2021, 23:01

İsveçin Xarici İşlər Nazirliyi öz vətəndaşları üçün səfərlər barədə pandemiya ilə bağlı tövsiyələrinə növbəti dəfə dəyişikliklər edib.
Avromedia.az Azərtac-a istinadla xəbər verir ki, bu gündən başlayaraq, İsveçin xarici siyasət idarəsi öz vətəndaşlarına Azərbaycana bütün lüzumsuz səfərlərdən çəkinməyi daha tövsiyə etməyəcək.
Səyahət üçün təhlükəsiz ölkələrin siyahısında Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı da yer alıb.
Qeyd edək ki, İsveçin səyahət üçün təhlükəsiz ölkələrin belə adlandırılan siyahısı COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətdən irəli gələrək müntəzəm şəkildə yenilənir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ