Müəllim olmaq istəyən namizədlərdən yüksək nəticə
Tarix: 8-07-2021, 21:08
Baxılıb: 1 156
Google+ Paylaş
Tumblr Paylaş

Müəllim olmaq istəyən namizədlərdən yüksək nəticə

8-07-2021, 21:08

İyulun 8-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçirilib.
Təhsil Nazirliyindən Avromedia.az-a verilən məlumata görə, imtahana 3 min 291 namizəd dəvət olunub. Namizədlərdən Cəmilə Ağamirzəyeva və Cəmilə Əliyeva 60 bal toplayıb.
İbtidai sinif üzrə imtahanlar iyulun 9-da və 12-də davam etdiriləcək.
Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ